Ərazilərinin bərpa olunmasından sonra COP29-un keçirilməsi, çox böyük, əhəmiyyətli, perspektivi olan bir haldır - ÖZƏL ÖZƏL
19 Mart 2024 12:35 Siyasət"COP29-un Azərbaycanda keçirilməsinin bir çox önəmli tərəfləri var".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Təbii ki, bu, ilk növbədə beynəlxalq bir məsuliyyətdir. Yəni, həm də inamın, etibarın göstəricisidir. Çünki COP29-un keçirildiyi ölkələrə baxdıqda, elə sonuncu Birləşmiş Ərəb Əmirliklərinə baxdıqda görürük ki, bu COP29-u o ölkələrə verilir ki, onlar bu sahədə layiqli dövlətlərdir, yəni onların artıq beynəlxalq tədbirlərin keçirilməsi, bu cür beynəlxalq sammitlərin keçirilməsində xüsusilə təcrübəsi var və onlar bu işin öhdəsindən layiqincə gəliblər. Ona görə də həmin ölkələrə etimad var. Eyni zamanda, həmin ölkələrin rəhbərlərinə etimad məsələsi var. Çünki burada təbii ki, bayaq qeyd etdiyim kimi, dövlətlərə inam söhbəti ilə bərabər, həm də dövlətin idarəetmə mexanizminin başında duran şəxsin özünün şəxsi keyfiyyətləri məsələsi də önəmlidir. Yəni o şəxs nə dərəcədə işinə məsuliyyətli yanaşır və hadisələri, prosesləri necə dəyərləndirir, onun atdığı addımlar bir-birinə ziddir, yoxsa həqiqətən də verdiyi sözün üstündə durandır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirəndir və s. Bunlar hamısı, bu qeyd etdiyim məsələlər xüsusilə önəmlidir. Ona görə mən düşünürəm ki, burada həm Azərbaycanın dövlətçilik, yəni dövlət nəzəri yanaşmalarını nəzərə alırlar, yəni bu məsələlərə, keçirilən beynəlxalq tədbirlər Azərbaycanın özünün mövqeyi nəzərə alırlar, eyni zamanda, Azərbaycan prezidentinin mövqeyi nəzərə alırlar və nəzərə almaq lazımdır ki, bura dünyanın təqribən yüzdən artıq dövlətinin dövlət və hökumət başçısı gəlirsə, deməli, çox böyük bir tədbirdir və burada xüsusilə də diqqət yetirilməlidir, təhlükəsizlik məsələsi və s. kimi məsələlərə. Azərbaycan hesab edirəm ki, bunu layiqincə yerinə yetirməyi bacarır və yerinə yetirir. Çünki biz bundan öncə də beynəlxalq tədbirlər keçirmişik burada və onları da layiqincə həyata keçirmişik. Bu baxımdan düşünürəm ki, bu təcrübə də önəmlidir. Yəni bir neçə cəhətə görə o həyata keçirilir və bunun ölkəmizə üstünlüyü ondan ibarətdir ki, artıq bizim dövlət, həm də dünyada bir nüfuz, imic qazanıb. İkinci Qarabağ savaşından sonra dövlət başçısının timsalında bu prosesi aparmışıq. Yəni dövlətin belə deyək, imicini, vizyonunu artıq formalaşdırmışıq. Ona görə düşünürəm ki, formalaşan bu vizyon həm də imkan verir ki, biz belə tədbirləri daha yuxarı səviyyədə keçirək. Təbii ki, bura gələcək dövlət, hökumət başçıları, eyni zamanda, beynəlxalq qeyri hökumət təşkilatlarının rəhbərləri, eyni zamanda beynəlxalq təşkilatların rəhbərləri və s. bunların hər biri Azərbaycanın aktivliyinə yazılan müsbətdir və təbii ki, fəaliyyətimizdə də bu məsələlər xüsusilə diqqətdə saxlanılmalı olan bir haldır. Çünki biz artıq həmin dövrdə bütün dünyanın gözü bizdə olacaq və düşünürəm ki, Azərbaycanın keçirəcəyi tədbir digər ölkələr üçün yəni, COP30, COP31 və s. üçün də bir yol xəritəsi, bir nümunə kimi göstərilə bilər və təbii ki, dövlətimizin ərazilərinin bərpa olunmasından sonra belə bir tədbirin keçirilməsi, düşünürəm ki, çox böyük, əhəmiyyətli, perspektivi olan bir haldır. Yəni COP29-la bağlı, onun Azərbaycanda keçirilməsi ilə bağlı çox söz deyilir. Amma hər halda, yəni bu cür əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi dövlətimiz adına çox böyük bir hadisə kimi dəyərləndirilə bilər. Mən düşünürəm ki, biz bunu haqq eləmişik və bizim bunu layiqincə yerinə yetirəcəyimizə də inanıram".