Fransa beynəlxalq normaları ayaqlar altına atır və terrorçuluğu açıq şəkildə dəstəkləyir-Vüqar Əhmədov- ÖZƏL

"Özünü mütərəqqi ideyaların beşiyi və məskəni adlandıran Fransanın son hərəkətləri bu ölkənin əsl simasını üzə çıxarır. Necə ki, Ermənistan faşist Nijdenin heykəlini ucaldır, bu gün eyni hərəkəti Fransa edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Erməni terrorçu Soqomon Tehliryanla terrorçu desant polkovniki Marsel Biqardanın Fransanın sahələrində heykəlinin ucaldılması bu ölkənin terrorçu mahiyyətini açıq şəkildə ortaya qoyur. İllərdir erməni terrorunun məskəni olan və onu öz ərazisində himayə edib bəsləyən Fransanın artıq maskaları yırtılır, qoşulduğu beynəlxalq normaları ayaqlar altına atır və terrorçuluğu açıq şəkildə dəstəkləyir. Azərbaycan illərdir bu ölkəni ümumbəşəri mədəni dəyərlərin, Luvr muzeyinin, qədim dini abidələrin məskəni bilərək mədəni irsin bərpasına dəstək vermişdir. Təəssüf ki, Fransanın bu günkü hakimiyyətinin əsl terrorçu mahiyyəti və siması əsl gerçəkləri və çilpaqlığı ilə ortaya çıxır. Belə çıxır ki, indiyənə qədər Fransa terrorçuluğu dövlət səviyyəsində gizli dəstəkləyirdisə, indi çəkinmədən bunu açıq şəkildə edir. Paris şəhəri artıq terrorçuluğun, ələxsus erməni terrorunun baş qərargahına çevrilib, erməni separatizmi və qanunsuzluğu indi orda himayə olunur. Biz bu terrorçu dəstələrin Azərbaycanlı fəallara və səfirliyə yaxın keçmişdə hücumunu unutmamışıq. Dünya mədəniyyətinə böyük töhfələri olan Xurşrudbanu Natavanın heykəlinə qarşı barbar hərəkətlər edən, erməni terrorunu dövlət səviyyəsində dəstəkləyən bir ölkənin beynəlxalq təşkilatlara ev sahibliyi etməsinin və dünyada sülh vasitəçisi olmağın heç bir mənəvi haqqı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31