Belə bir terrorçuya abidə qoymaq Makronun nəyinə lazımdır?-Zeynal Əmrəliyev- ÖZƏL
19 Mart 2024 10:05 Siyasət"Fransanın erməni sevgisi bitirib tükənmək bilmir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Əfsuslar olsun ki, Emanuel Makron hökuməti var gücü ilə ermənilərə yarınmaq siyasəti aparır. Son günlərdə biz 120 illik Fransa tarixində olan erməni terrorçularına heykəllərin qoyulduğunun şahidi oluruq. İlk öncə Marseldə Soqomon Tehliryana abidə ucaldılıb. Bu həmən Tehliryandır ki, Osmanlı dövlətinin Baş naziri, nüfuzlu dövlət adamı Tələt paşanı qətlə yetirib. Belə bir terrorçuya abidə qoymaq Makronun nəyinə lazımdır ? Vaxtilə hansısa bir dövlət adamının canına qəsd etmiş bu qatil hansı adla fransız tarixinə təqdim edilir? Tehliryanın abidəsinin qorxu çıxmamış indidə ölkənin şərqindəki Tul Bələdiyyəsi Marsel Biqarda abidə ucaltmaq barədə lahiyyəni müzakirə çıxarıb. Bu şəxs fransız tarixinin qara ləkəsidir. O, Əlcəzairdə milli - azadlıq hərəkatı getdiyi bir dövlətdə xeyli sayda əlcəzairlini işgəncə ilə qətlə yetirib. Əlcazair xalqının milli qəhrəmanı Məhəmməd Mehdi bu şəxsin tətbiq etdiyi işgəncələr altında 1957-ci ildə vəfat edib. Belə bir caniyə abidə ucaltmaq Fransa tarixinin üzərinə bir ovuc palçıq atmaq kimi bir şeydir. İş o yerə çatıb ki, Səudiyyə Ərəbistanı mətbuatı bu hadisəni geniş şəkildə işıqlandıraraq tənqidi materiallar dərc edib. Həmçinin Fransanın özündə də bir neçə tarixçi alim hökumətə müraciət edərək Marsel Biqarın cinayətlərini yada salıb və onun abidəsinin uzadılmasını yolverilməz adlandırıblar. Ancaq Makron hökumətində erməni sevgisinin güc gələcəyi şübhə doğurmur. Deyə bilərik ki, bir zamanlar böyük Şarl de Qollun Fransa bu gün çöküş və rəzalət dövrünü yaşayır. Siyasətdən bixəbər, təcrübəsiz şəxslər erməni diasporunun əlində oyuncağa çevrilib. Bu heykəl sifarişlərinin hardan gəldiyidə məlum məsələdir".