Avropaya vizasız gediş-gəliş olsa, Ermənistan təmiz boşalar- ÖZƏL
19 Mart 2024 10:03 SiyasətRəsmi məlumata görə, son 5 ayda Ermənistanı da tərk edib gedən 13 619 Qarabağ hayının 5794-ü geri qayıdıb. "Olaylar"ın məlumatına görə, millət vəkili Sahib Alıyev bildirib ki, bu məsələdə iki səbəb var: "Gedənlərin əksəriyyəti Rusiyaya üz tutmuşdular. Ancaq Rusiyada vəziyyətin indi elə də ürəkaçan olmaması səbəbindən yəqin onların bir hissəsi geri dönüblər. İkinci və ən əsas səbəb isə çox ehtimal ki, Avropaya vizasız gediş-gəliş perspektivinin olması ilə bağlıdır. Əgər Avropa Birliyi buna getsə, əminəm ki, nəinki Qarabağda, Ermənistanda yaşamış hayların da böyük bir hissəsi ora üz tutacaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31