Bakı ilə münasibətlərin normallaşması üçün... - Mirzoyan
18 Mart 2024 16:46 SiyasətErmənistan Cənubi Qafqaz regionunda sülh gündəliyinə sadiqdir.
Olaylar xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqlar zamanı deyib.
O bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün səylər göstərir.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın inkişafı, nəqliyyat, logistika və ticari-iqtisadi əlaqələrin inkişafında yeni imkanların açılmasını da müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31