Prezident İlham Əliyev: Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı
18 Mart 2024 15:54 SiyasətƏfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.
Olaylar xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istədiyini xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb ki, bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası, Azərbaycan xalqının iradəsinə ziddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31