Hindistan gələcəkdə formalaşa biləcək əməkdaşlıq perspektivləri üçün təhlükə yaradır-Tural İsmayılov- ÖZƏL

"Əslində əsas səbəb Pakistan- Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasıdır. Hindistanla Azərbaycanın əvvəllər daha yaxşı münasibətləri olub. Hazırda da düşünüldüyü kimi pis deyil. Məhz Hindistandakı rəhbərliyin geopolitik hadisələri düzgün təhlil etməməsi, Azərbaycan -Pakistan münasibətlərinə "qısqanc" yanaşması, Ermənistanla münasibətlərin süni şəkildə "irəlləməsinə" səbəb olub. Əslində bu gün, Hindistan beynəlxalq axtarışlar fonunda öz silahlarını satmaq üçün yeni bazarlar axtarır. Hindistanda həmçinin düşünürlər ki, Ermənistanın "pinaka"ları alması Hindistan silahlarına Ermənistan və Ermənistan vasitəsilə başqa ölkələrə maraq göstərməyə səbəb ola bilər. Eyni zamanda Hindistan məhz yeni alternativ bazarlar axtardığı üçün öz silahlarını və ya məhsullarını satmaq üçün hansısa formada Ermənistanla əməkdaşlığı dərinləşdirməyə çalışır".

Bu  fikirlərini Olaylar.az-la bölüşən  Politoloq Tural İsmayılov   Hindistanın Ermənistan siyasətinin yersiz və qeyri-ciddi olduğunu düşündüyünü bildirib:

"Hindistanın regionun ən önəmli ölkəsi olan Azərbaycanla münasibətləri nəzərə almadan və davamlı olaraq Ermənistanı dəstəkləməsi nəticədə siyasi balansı pozur. Azərbaycanın Hindistanla gələcəkdə formalaşa biləcək əməkdaşlıq perspektivləri üçün təhlükə yaradır. Bu baxımdan hesab edirəm ki, bundan sonra Hindistanın müəyyən davranışlarda və siyasətdə korrektələr etməsi özəlliklə də Cənubi Qafqaza yanaşmada fərqli addımlar atması mütləqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31