Prezident: Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq
16 Mart 2024 15:10 SiyasətAzərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. AZƏRTAC bildirir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
"Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8- çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31