İlham Əliyev: Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

AZƏRTAC  bildirir ki,  bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Həyata keçirdiyimiz birgə infrastruktur layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31