Dünyada inkişaf çox zəifdir - Volter Fust

Dünyada inkişaf çox zəifdir.

Olaylar xəbər verir ki, bu barədə UNESCO-nun kommunikasiyanın inkişafı üzrə Hökumətlərarası Şurasının sabiq sədri Volter Fust XI Qlobal Bakı Forumunda "Regional perspektivlər: Avropa Birliyi və qonşuları" adlı panel iclasında çıxışı zamanı deyib.

"Biz qərar verməliyik təhlükəsizlik önəmlidir, yoxsa inkişaf. Risklərin idarəedilməsi məsələ kimi gündəmdədir. Onu anlasalar da, lakin idarə edə bilmirlər",- deyə o bildirib

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31