Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Mart 2024 12:15 SiyasətGürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Olaylar xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31