Qapalı qapı arxasında deyilənlərlə, ictimaiyyətə deyilənlər başqadır - Maltanın sabiq baş naziri

NATO-nun olması Avropa İttifaqının qarantıdır.

Olaylar xəbər verir ki, bu barədə Maltanın sabiq baş naziri Cozef Muskat XI Qlobal Bakı Forumunda "Regional perspektivlər: Avropa Birliyi və qonşuları" adlı panel iclasında çıxışı zamanı deyib.

"Avropa İttifaqı NATO-nun fərqli bir formatıdır. Amma NATO-nun işlərini Avropa İttifaqının üzərinə qoymaq yalnışdır.

Biz ənənəvi düşüncə tərzindən kənarlaşmalıyıq. Qapalı qapı arxasında deyilənlərlə, ictimaiyyətə deyilənlər başqadır. Bu dəyişməlidir",-deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31