Bu məsələlərin Prezident tərəfindən səsləndirilməsi olduqca əhəmiyyətlidir- ÖZƏL

"Hazırda Nizami Gəncəvi beynəlxalq mərkəzinin təşəbbüsü ilə Bakıda keçirilən XI Qlobal Bakı Forumunun böyük, beynəlxalq miqyasda əhəmiyyətli tədbir olduğunu demək doğru olar. Konkret olaraq tədbirdə 68 ölkədən 400-ə qədər nümayəndə iştirak edir. İştirak edən nümayəndələrin böyük əksəriyyətinin  hal-hazırda yüksək vəzifədə olan insanlar, sabiq prezidentlər, xarici işlər nazirləri, hökümət başçıları olduğu nəzərə alsaq, bu, Azərbayacan qarşı dünyada yürüdülən qara piarın qarşısına qoyulacaq ciddi tədbirdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Bu tədbirdə iştirak edən bir çox nümayəndələrin qarşısında Azərbaycan Respublikası Prezidentinin çıxışı olduqca maraqlı və təqdirəlayiqdir. Burda xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü özünün reallaşdırması, Minsk qrupu həmsədrlərinin 28 il fəaliyyətsizliyi geniş yer alır. Xüsusilə də Fransanın fəaliyyətinə yer ayrılır. Fransanln beynəlxalq münasibətlər sistemində aparıcı bir dövlət, Minsk qrupunun həmsədrlərindən biri olmasına rəğmən təəssüf ki, bu gün Azərbaycanla çox qərəzli və sağlam olmayan münasibət aparıldığı qeyd olunur. Eyni zamanda Azərbaycan-Ermənistan münaqişəsinin həllində də Fransanın ədaləti moderator olmaq imkanından kənara çıxmasını da qeyd etmək lazımdır. Fransa tərəflər arasında bərabər məsafədə qalmaq əvəzinə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. İkinci Qarabağ savaşında, ondan sonrakı dövrlərdə bunu müşahidə edirik. Antiterror əməliyyatları keçirilən zaman isə Fransanın Azərbaycana qarşı çox ciddi aqressiyası diqqəti cəlb etdi. 5 dəfə Azərbaycanı BMT-ə cəlb etmək, hansısa sanksiyaya nail olmaq istəkləri ortaua qoyulub. Bu gün Ukraynanın ərazi bütövlüyünə dəstək verən Fransa öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı döyüşür. Bu, ikili standartdır və ədalətli olmayan mövqedir. Bu məsələlərin Prezident tərəfindən səsləndirilməsi olduqca əhəmiyyətlidir və Azərbaycan təbii ki, haqlı mövqeyini ortaya qoyur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31