Fransa özünü milli-mənəvi dəyərlərə önəm verən dövlət kimi göstərir,amma...-Əli Mustafa- ÖZƏL

"Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktının pislənilməsi doğrudur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Fransa özünü hər zaman mədəniyyət mərkəzi kimi təqdim edir. Haqlara, milli-mənəvi dəyərlərə önəm verən dövlət kimi özünü təqdim edir. Amma Natəvanın heykəlinə qarşı çox yaramaz hərəkətlər edilir. Və bu, Fransa hökümətinin gözü qarşısında edilir. Adının üstünə, gözünə boyanın çəkilməsi, burnunun qırılması və s. Bu əməllərin forum iştirakçılarının diqqətinə çatdırılması da doğrudur. Kimlərlə və hansı dəyərlərlə üz-üzə olduğumuzu, Fransanın Azərbaycana münasibətdə nə qədər ədalətsiz mövqe tutduğunu növbəti dəfə beynəlxalq birliyin diqqətinə çatdırmaq cəhdi kimi qiymətləndirmək lazımdı. Bu forumda iştirak edən nümayəndələrin də bu məsələlərə reaksiyası doğrudur. Onlar Prezidentin Azərbaycanın haqlı və ədalətli mövqeyini ifadə edən çıxışına öz reaksiyalarını verdilər. Azərbaycanın öz ərazi bütovlüyünü bərpa etməsini də müsbət hadisə olaraq qeyd etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31