Azərbaycan dünyanın siyasi arenasına uğurla inteqrasiya edir-Özəl
15 Mart 2024 18:23 Siyasət"Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra region ölkələri kimi Azərbaycanın Qazaxıstanla olan iqtisadi, ticari və siyasi müstəvidəki əlaqələri yüksək inkişaf tempi ilə davam edir və ölkəmiz öz milli dövlətçilik maraqları çərçivəsində dünyanın siyasi arenasına uğurla inteqrasiya edir". Olaylar xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib:
"Azərbaycan və Qazağıstan beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayaraq bütün məsələlərdə bir-birini həmişə dəstəkləmişdir. Xalqlarımız arasında qarşılıqlı münasibətlər olduqca yüksək səviyyədədir. Beləliklə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı üçün çox böyük əhəmiyyət kəsb edir".