Qərb məhz lider resursunun qıtlığını yaşayır-Şəbnəm Həsənova- ÖZƏL

"Bütün müzakirələrin fövqündə, qısacası, Qərbin gözündə güclü lider, özünü maarifləndirmiş kimi görünsə də, hətta belə olsa da, əslində isə bu cür bir fiqur Qərb üçün yaxşı xəbər deyil". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Nə qədər çox güc bir kənara qalsın, nə qədər haqlı mövqeyə sahibsinizsə, ətrafınızda bir o qədər çox Damokl qılıncları quraşdırılacaq. 
Əlbəttə, qurucu atalar, Qərbi əhəmiyyətli dərəcədə irəli aparan böyük Qərb siyasətçiləri var idi. Bu gün isə Qərb haqlı olaraq zəif deyil, çox zəif liderlikdə ittiham olunur, heç bir təbii və ya bərpa olunan və olunmayan deyil, məhz lider resursunun qıtlığını yaşayır. Sürətlə güclü və yaradıcı şəxsiyyətlə üst-üstə düşən dövrə deyil, lidersiz Qərbə qayıdırıq...  
Qərb liderinin olmaması bizim böyük gücümüz, az zəifliyimiz deyil. Bizim gücümüz lider formalaşdıra bilməyimizdir. O Lider ki, beynəlxalq hüququ öz korrekt siyasəti və şəxsi keyfiyyətləri ilə xalqını ətrafında səfərbər edərək özü təmin etdi. Buna görədir ki, qorxaq, müzmin, natamamlıq ilə dolu, əslində isə boş olan bu cür liderlər qarşılarında bütövləşmiş şəxsiyyət obrazı görəndə ona nəinki paxıllıq edirlər, məsələni o qədər riyakarlaşdırırlar ki, belə nüfuzlu siyasətçiləri dalana dirəmək istəyirlər. Bəli, sadəcə istək. Çünki nəticə etibarilə buna nail ola bilmirlər. Cənab Prezident İlham Əliyev proseslərə düzgün qiymət verərək, siyasətini heç nə və heç kim üzərindən deyil, məhz öz xalqının milli maraqlarını realizə etmək prinsipindən icra edir. Bu amalı yüksək səviyyədə həyata keçirən cənab İlham Əliyevə, onun kimi liderlərə qısqanclıqla yanaşılsa da, onu qəbul etmək istəməsələr də trayektoriya səhv deyil, düz istiqamətdə irəliləyir. Bu mühərrikə təkan verən amil isə xalqların malik olduqları təmiz xislətləridir. Hər nə qədər Qərb Liderimizə qısqanclıqla yanaşsa da, cəmiyyətimizə mənfi meyillərlə nüfuz etməyə çalışsa da zaman, proseslər və nəticə hər şeyi sübut edib. Bu gün dünya liderləri Azərbaycan Prezidentinin siyasi fəaliyyətini və şəxsi nüfuzunu haqlı olaraq yüksək dəyərləndirir. 
Bunun əksi və mənfi nümunəsi Qərbə mənəvi liderlik iddiasında olan Fransanın, bilavasitə Emmanuel Makronun simasında yaşanır. Makron beynəlxalq hüquqa münasibətdə fərqin o qədər böyük və kiçik olduğunu, demək olar ki, bütövlükdə ayırd etmək qabiliyyətinin aşağı olması ilə sübut edir. Bu cür səriştəsiz liderləri heç nə və heç kim güclü əllə birləşdirə bilmir, əksinə, mövqeləri zamansız olaraq uzun, həssas, diqqətli müzakirələr vaxtı bir-birinə daha da uzaqlaşır. 
Qərb lidersizlik problemi ucbatından böhranları həll edə bilmədən daşan şəkildə onları səbətinə yığır. Zəif iqtisadi artım, həll olunmamış, yığılan problemlər, ən çox da lidersizlik Qərb üzərində fırtına buludları toplayır. Belə liderlərin problemi ondan ibarətdir ki, onlar dünyada baş verən bu və ya digər proseslər haqqında alternativ konsepsiyaya malikdirlər. Yəni, məsələlərə sırf şəxsi ambisiyaları rakursundan baxdıqları üçün əllərində hər zaman anti- anlayış qavramı var. Məhz bu da onların riyakar manevr çevrələrini genişləndirir, lakin çatmaq istədikləri aliliyə çata bilmələrinə mane olur. Liderliklərini praktikada sübut edə bilməmələri əllərindən "mənəvi liderlik" çələngini alınır. Hazırda Qərbin hara getməsi ilə bağlı heç bir təsəvvür yoxdur. Bu liderlik böhranı bir müddətdir formalaşmaqda olan siyasi böhranla üst-üstə düşür. Avropa siyasətinin böhranı axının içində olan cəmiyyətlərdə milli iradə, müasir reallıqlara adekvat cavabı olmayan siyasət ilə paralel anlaşılır.
Ukraynaya münasibətdə belə populizmi artırmaqdan başqa əməli addım ata bilməyən qorxaq Makron öz daxili problemlərinin əsiridir, qorxusundan isə üçüncü dəfədir ki Ukraynaya səfərini təxirə salır. Deməli, rəhbərlik əmr və qərar verməklə eyni deyil, liderlik həm də görmə qabiliyyətini ehtiva edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31