Fransa Ukrayna müharibəsində yer ala bilər- ÖZƏL

"Rusiyaya qarşı Fransa yeni koalisiya qurmaq istiqamətində Avropa ölkələri ilə intensiv danışıqlar aparır". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avrozonada Fransa liderliyi ələ almaq və Avropa İttifaqının qoşunlarının yaradılması istiqamətində planlar hazırlayır:  "Fransa prezidenti E. Makaron Rusiyaya qarşı kəskin mövqe ortaya qoymaqla, Fransa qoşunlarının Ukraynaya göndərilməsinin vacib olduğunu qeyd edib.
ABŞ və Böyük Britaniyanın Ukraynaya tam dəstək verməməsindən istifadə edərək boşalan yeri doldorumağı fürsət bilən E. Makaronun hazırkı siyasəti Kremli ciddi narahat edir. Rusiyanın təcavüzünün qarşısını almaq üçün Fransanın Ukraynaya qoşun göndərməsi mümkündür. Çünki, Ukraynanın məğlub olması Avropanın məğlub olmasıdır və İttifaqın təhlükəsizliyini ciddi təhdid ediləcək. ABŞ, Almaniya, Böyük Britaniyanın passivliyi Fransanın da yalnız sözdə bəyanatları Moskvanın Ukraynanın ərazilərinin işğalı ilə nəticələnir. Fransa bir neçə ölkədən ibarət Ukraynaya qoşun göndərsə, Rusiyada Belarusdan Ukraynanın şimalından Ukraynaya yeni cəbhə açmasını tələb edəcək.
Ümumiyyətlə, Fransanın Rusiyaya qarşı Ukraynada müharibədə iştirak etməsi, Avropanı səfərbər etməsi Rusiyanın məğlubiyyəti ilə nəticələnməsi mümkündür. Ukrayna müharibəsində Fransa yer alarsa, NATO parçalayacaq və Avropa İttifaqının yeni ordusunu yaradacaq. ABŞ Avropada hərbi-siyasi mövqeyini zəiflətəməyə başlayacaq. Bu müharibədə iştirakını E. Makaron ölkəsinin fövqəlgüc olmasında mühüm amil hesab edir.
Fransanın Avropada rolunun artması regionumuz və Türkiyə üçün mənfi nəticələri ola bilər. Baxmayaraq ki, təcavüzkar Rusiyaya qarşı mübarizə aparmaq üçün hərəkətə keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31