Fransanın real mahiyyətsizliyi ifşa edildi -Tural İsmayılov- ÖZƏL
15 Mart 2024 17:29 Siyasət"Fransa bu gün dünyada neokolonializm və neoimperializmi davam etdirən ən idbar ölkələrdən biri halına gəlibdir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əslində, Azərbaycan Prezidenti cənab İlham Əliyevin XI Qlobal Bakı Forumu çərçivəsində Fransanın əsl simasının nədən ibarət olmasını bütün dünyaya növbəti dəfə bəyan etməyi prosesinə şahidlik etdik. Bu gün dünyada beynəlxalq münasibətlər sisteminin kifayət qədər saxtakarlıqlara fokuslandığını görürük. Fransa kimi dövlətlər dünyanın ən qəbuledilməz cinayətlərini törətsələr də, tarix boyu etdiklərinə görə cavab verə bilmirlər. Bu gün dünyanı növbəti dəfə qarışdırmağa çalışan Fransa və onun qeyri-səmimi rəhbəri Emmanuel Makron Rusiya-Ukrayna müharibəsindəki dağıdıcılıq ünsürlərinin daha da çoxalmasına çalışır. Etdiyi bütün cəhdlərə baxmayaraq Fransa prezidenti Emmanuel Makron ümumiyyətlə, elə bir siyasi cəsarətə malik deyil ki, özü Ukraynaya səfər edə bilsin. Artıq neçənci dəfədir ki, Fransa prezidenti Ukrayna səfərindən imtina edir. Digər bir tərəfdən Fransa bu gün dünyanın fərqli-fərqli coğrafiyalarında istismarçı siyasətini davam etdirir. Özü başqa ölkələrin ərazilərini, başqa coğrafiyaların sərhədlərini işğal altında saxlasa da, onun siyasəti ilə razılaşmayan, ikiüzlülüyünü ifşa edən ölkələrə qarşı mübarizə aparmaq üçün etdiyi ədalətsizlikləri bəhanə kimi istifadə etməyə çalışır. İstənilən halda bu gün Fransanın Aİ-nin daxilində də mövqeləri kifayət qədər zəifdir. Bu gün Fransa qlobal arenada, özəlliklə, cənab Prezident İlham Əliyevin Fransanın qəbuledilməz siyasətini kəskin şəkildə ifşa etməsi və bu gün Bakı Təşəbbüs Qrupu nəzdində fransız neomüstəmləkəçiliyinin darmadağın edilməsi Fransanın real mahiyyətsizliyini, Azərbaycanın isə qabiliyyətini və real gücünü növbəti dəfə göstərmiş olur".