Artıq qlobal sistemi dəyişmək üzrəyik - Hakan Fidan

Biz artıq qlobal sistemi dəyişmək üzrəyik.

Olaylar xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Beynəlxalq qaydalara söykənən sistem yaratmalıyıq. Hazırkı təsisatlar probelemləri həll edə bilmir. Şəxsiyyətyönümlü siyasət yürüdülür.

ATƏT-in Minsk qrupu 30 il Azərbaycan və Ermənistan münaqişəsini həll etmək yerinə daha da uzatdı. AŞPA-nın Azərbaycana qarşı ədalətsiz mövqeyinə qarşıyıq", - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31