Bunlar mədəni soyqırımının nümunəsidir-Əziz Əlibəyli- ÖZƏL

"Xurşidbanu Natəvan fransızlarla bizim ortaq dəyərimiz ola bilər. Natəvan fransızlarla bizim ortaq, ədəbi, kultural və tarixi sənədlərimizi özündə birləşdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli Qeyd edib:

"Fransanın Azərbaycana bəslədiyi Qarabağ üzərindən ermənisifət siyasətin başlanğıc tarixində Natəvana baxmaq, heç olmasa Aleksandr Dümanın "Qafqaz səfəri"ni açıb oxumaq kifayət edər. Natəvanın  heykəlinin başına gətirilənlər müasir dövrdə neokolonialist Fransanın sifətini açıq göstərən akt oldu. Bunlar mədəni soyqırımının  nümunəsidir. Xocalıda azərbaycanlıları fiziki olaraq məhv edən erməni terrorçularından, cinayətkarlarından fərqi olmayan, mənəvi cinayət törədən dövlət baxışı var. Bunların xatırladılması Fransanın müstəmləkəçi kimi ifşa olunması, işğalçının yanında yer alınmasını dünyaya bəyan edən aktdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31