Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin çıxışına xüsusi diqqət və qayğı var idi
15 Mart 2024 16:02 Siyasət"Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı xüsusi diqqətə layiq idi.Bu zaman dünyanın bütün siyasi qüvvələrinə və mərkəzlərinə çox yaxşı mesajlar vermiş oldu".Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib: "Azərbaycan Fransa neokolonializminin səbəb olduğu qlobal fəlakəti ən yüksək səviyyədə Bakı Qlobal Forumunda iştirak edən qonaqların timsalında dünya ictimaiyyətinə çatdırmış oldu. Xüsusən Natəvanın Fransadakı heykəlinə qarşı törədilən vandal akt aydın şəkildə tam olaraq ifşa edilmiş oldu. Bu baxımdan hesab edirəm ki, Azərbaycan paytaxtında keçirilən belə beynəlxalq miqyaslı gözəl və əhəmiyyətli tədbirlərdə reallıqların göstərilməsi, bildirilməsi Azərbaycanın mövqeyini, beynəlxalq münasibətlər sisteminə ədalətli və hərtərəfli baxışını özündə ehtiva edən bir yanaşmadır. Həmçinin diqqət etdik ki, bir çox beynəlxalq tədbirlərdə olduğu kimi Qlobal Bakı Forumunda da Azərbaycan Prezidentinin çıxışına xüsusi diqqət və qayğı var idi. Çıxışçıların bir çoxunun Azərbaycan Prezidentinə təşəkkürləri, Azərbaycanın geopolitik rolunu qeyd etmələri və ölkəmizin önəmli coğrafi mövqedə belə qısa müddət ərzində uğurlu layihələr həyata keçirmə qabil iyyəti və istedadı xüsusi dəstəklənən və təqdir edilən bir hal kimi qeyd edildi".