Fransanın Azərbaycana qarşı bu cür ədalətsiz yanaşması başa düşülən deyil-Zeynal Əmrəliyev- ÖZƏL

"Fransanın son zamanlar sərgilədiyi mövqe regionda yeni bir gərginlik yaratmağa xidmət edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"ATƏT - in Minsk Qrupunun həmsədri olarkən Fransanın sərgilədiyi ermənipərəst mövqe də zaman - zaman bizdə onların vasitəçi ilə bağlı məsələləri sual altına almağımıza səbəb olurdu. 44 günlük müharibədən sonra Fransanın maskası cırıldı. Vaxtilə işğalçılıq siyasəti aparan, dünyanın ən böyük müstəmləkə imperiyasına sahib olan bir dövlətin Azərbaycana qarşı qərəzli mövqeyi çox məntiqsiz addımdır. Cənab prezident çox doğru olaraq qeyd edir ki, Ukraynanın ərazi bütövlüyünün bərpasına yardım etməyə hazır olduğunu deyən Fransanın öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı bu cür ədalətsiz yanaşması başa düşülən deyil. Ayrıca, Fransada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsinin tənqir edilməsi də özünü mədəniyyətin hamisi elan edən bir dövlətin bu məsələdə nə qədər qeyri - səmimi olduğunu göstərir. Bu forum çox böyük əhəmiyyət kəsb edirdi və burda çıxış edən şəxslərin ardıcıl şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi də ölkəmizin qazandığı yüksək nüfuzun əyani sübutudur. Tədbirə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktub göndərməsi və Azərbaycan - Ermənistan danışıqları ilə bağlı önəmli məqamları toxunması da önəmli bir məsələdir. Azərbaycanın beynəlxalq nüfuzu olduqca yüksəkdir. Bunu biz bu cür mötəbər tədbirlərdə müşahidə edə bilirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31