Mirzoyan: Bəzi məsələlərdə Ermənistanla Azərbaycanın mövqeləri yaxınlaşıb
15 Mart 2024 13:43 SiyasətErmənistanla Azərbaycanın bəzi məsələlərdə mövqeləri yaxınlaşıb.
Olaylar bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı konsensusa yaxındırlar.
Erməni nazir qeyd edib ki, hər iki ölkə 1991-ci il sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı razılaşmaya yaxındırlar.
Mirzoyan əlavə edib ki, indi iki ölkənin mövqeləri hətta bir ay əvvəlki ilə müqayisədə də daha yaxındır. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31