Azərbaycan və İran Xudafərin körpüsünün bərpasını MÜZAKİRƏ ETDİ - FOTO
15 Mart 2024 12:48 SiyasətAzərbaycan və İran arasında tarixi Xudafərin körpüsünün bərpası müzakirə edilib.
Olaylar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız Qalası hidroqovsaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31