Narkoloji müəssisələrin fəaliyyətinə nəzarət gücləndirilməlidir-Deputat
15 Mart 2024 12:33 Siyasət"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın əsas hədəflərindən biri də reabilitasiya mərkəzlərinin sayının artırılması idi. Bu istiqamətdə həqiqətən ciddi uğurlar var və Azərbaycanda artıq çoxlu sayda belə mərkəzlər yaradılıb". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib:
"Narkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşların müalicə və reabilitasiya prosedurları xüsusi həssaslıq tələb etdiyindən bu müəssisələrin "Narkoloji xidmət və nəzarət haqqında" qanunun tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə nəzarətin gücləndirilməsi vacibdir. Narkoloji yardım sahəsində xidmət göstərən hüquqi şəxslərin fəaliyyətinin Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirməsi də mühüm əhəmiyyət kəsb edir. Bu müəssisələr müəyyən edilmiş müalicə protokollarından kənara çıxma hallarına yol verməməlidirlər".