Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir - Ceyhun Bayramov
15 Mart 2024 11:43 SiyasətAzərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir, nümunəvidir.
Olaylar xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir, nümunəvidir. Üç ölkə arasında münasibətlərə nəzər salanda çox yüksək siyasi dialoqun şahidi oluruq. Beynəxalq platformalar çərçivəsində bi-birimizi dəstəkləməmiz bunlara töhfə verir", - o bildirib.
Nazir qeyd edib ki, əlaqələrin möhkəmləndirilməsinə bu gün imzalanan Bakı Bəyannaməsinin töhfə verəcəyinə əminik.
"Azərbaycan hazırda həm Türkiyədə, həm Gürcüstanda aparıcı xarici investorlar sırasındadır. Hər iki ölkə əsas ticarət tərəfdaşlarımızdandır", deyə Bayramov əlavə edib.