Jalə Əhmədova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
15 Mart 2024 10:04 SiyasətMillət vəkili Jalə Əhmədova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı xanım Raimkulova ilə görüşüb. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki,görüşdə Türk mədəniyyəti və irsinin gələcək nəsillərə ötürülməsi, prezidenti olduğum Dünya Alpaqut Federasiyanın fəaliyyəti, habelə Fond ilə DAF-ın gələcək əməkdaşlığı və bu istiqamətdə layihələrin həyata keçirilməsi haqqında müzakirələrimiz oldu: "Aktotı xanımın DAF ilə bağlı geniş məlumatlara sahib olması isə mənə çox xoş təsir bağışladı. Fondun prezidenti, beynəlxalq arenada yüksək nailiyyətlər qazanan Alpaqutu dəstəklədiyini vurğulayaraq DAF-a bu yolda yeni uğurlar arzuladı.
Xoş və səmimi ab-havada keçən görüşə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı xanım Raimkulovaya dərin təşəkkürlərimi bildirirəm.
Onu da qeyd edim ki, Aktotı Raimkulova bəstəkar, sənətşünaslıq üzrə elmlər doktoru, dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə elmlər doktoru, fəlsəfə üzrə elmlər doktoru, Qazaxıstan Prezidenti yanında Ali Attestasiya Komissiyasının professoru, Qazaxıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstanın Əməkdar xadimidir".