Bütün dönəmlərdə Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər yüksələn xətlə gedib-Ramiz Alıyev- ÖZƏL

"Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər bütün dönəmlərdə olub və müsbət mənada inkişaf edib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:

"Sovetlər dövründə Ulu Öndərimiz Qazaxıstan üçün çox mühim qərarlar verib və Qazaxıstanın inkişafı üçün çox önəmli işlər görüb. Bunu qazax xalqı da çox gözəl bilir və buna görə də, Ulu Öndərimiz Heydər Əliyevin adına olan və "Heydər Əliyev ili" adlandırılan 2023-cü ildə Qazaxıstanda böyük tədbirlər keçirilmişdir. Qazax xalqı  Azərbaycanın Ulu Öndərinə öz mənəvi borcunu verməyə çalışmışdır. Ona görə də, bütün dönəmlərdə Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər yüksələn xətlə getmişdir. Etiraf etməliyik ki, istər Qazaxıstan, istərsə də digər türkdilli dövlətlərlə münasibət hazırda olduğu kimi heç bir zaman olmayıb. İndi ən yüksək səviyyədədir. Bu da Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə apardığı uğurlu siyasətin nəticəsidir ki, türkdilli ölkələrin daha da birləşməsi və əlaqəli şəkildə inkişaf etmək üçün addımlar atılır. Bu gün Qazaxıstanın  Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında, Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin tikilib, istifadəyə verilməsi təşəbbüsü həm də, onu göstərir ki, Qazaxıstan dövləti Azərbaycana və Azərbaycanın  suverenliyinə böyük hörmətlə yanaşır. Azərbaycanın inkişafı üçün səy göstərir və Azərbaycana dəstəkdir. Biz Qazaxıstanın dəstəyini həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da açıq-aşkar görmüşdük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31