Hakan Fidan Azərbaycanda səfərdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir. Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, türkiyəli diplomat Bakı vaxtı ilə saat 23:55-də çatıb.

Nazir Fidan sabah Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31