Prezident bütün beynəlxalq tribunalarda yırtıcı dövlətin mahiyyətini ortaya qoyur- ÖZƏL
15 Mart 2024 08:34 Siyasət"Fransa Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yeritməyə başlayandan Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda dişi get-gedə tökülməkdə olan sözügedən yırtıcı dövlətin mahiyyətini açıb ortaya qoyan çıxışlar edir". Olaylar xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "XI Qlobal Bakı Forumu da bu baxımdan istisna olmadı. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.
Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır".