Ölkəmizə verilən dəyər bunun nəticəsidir...-Züriyə Qarayeva- ÖZƏL

"Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır". 

Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bakıda keçirilən XI Qlobal Bakı Forumu beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Bu platforma iqtisadi müstəvi kimi, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir. 
 "Parçalanmış dünyanın bərpası" mövzusundakı XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir. Çoxsaylı qonaqların iştirakı, beyin mərkəzlərinin nümayəndələrinin qatılması beynəlxalq ictimaiyyətin diqqətinin müvafiq mövzulara yönəldilməsi baxımından çox önəmlidir. Dünyanın bir sıra ölkələrindən nüfuzlu sabiq prezident və baş nazirlərin, dövlət xadimlərinin iştirakı ilə keçirilən belə qlobal forumlara Bakının ev sahibliyi etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın dünyadakı nüfuzunu artırır və ümumiyyətlə, bir dövlət kimi dünya siyasətindəki rolunu daha qabarıq göstərir. XI Bakı Qlobal Forumu bir daha sübut edir ki, Azərbaycan nəinki regionda, hətta beynəlxalq münasibətlər sistemində belə aparıcı rola malik oyunçulardandır.
Prezident İlham Əliyevin Forumda çıxışı zamanı toxunduğu önəmli məqamlar sübut edir ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. ölkəmiz beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Azərbaycan edir.  "Parçalanmış dünyanın bərpası" başlığı altında tədbirin də məhz həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edən Azərbaycanda keçirilməsi təsadüfi deyil. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə sülhə və etimad quruculuğuna töhvə vermək təqdirəlayiq prosesdir. Bu cür Forumların keçirilməsi də, ölkəmizə verilən dəyər də bunun nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31