Dünyada sülh və əmin-amanlıq bərqərar edilməlidir - Qay Rayder
14 Mart 2024 17:25 SiyasətDayanıqlı maliyyə təmin edilməli, dünyada sülh və əmin-amanlıq bərqərar edilməlidir.
Olaylar.az xəbər verir ki, bunu BMT-də baş katibin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder) XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki texnologiya, innovasiya təşviq edilməli, bəşəriyyətə bərabər şəkildə paylanılmalıdır.
"Bu bərabərlik insanların hüquq və azadlıqları ilə ayaqlaşmalıdır. Gənclərlə bağlı mexanizm işlənilməlidir. Onların eşidilməsi üçün şərait yaradılmalıdır", - deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.