Yens Stoltenberqin Azərbaycana səfəri başa çatıb

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan Respublikasına rəsmi səfəri martın 18-də başa çatıb.

Olaylar xəbər verir ki, Azərbaycan Respublikasının və hərbi ittifaqın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31