Hikmət Hacıyev Pekində Pakistanın Çindəki səfiri ilə GÖRÜŞDÜ
18 Mart 2024 12:06 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Pakistanın Çindəki səfiri Xəlil Haşmi (Khalil Hashmi) ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Pakistanın milli bayramı münasibətilə təbriklərimi çatdırdım və Azərbaycan ilə Pakistan arasında dostluq və əlaqələrin möhkəmləndiyini bir daha vurğuladım",- Prezidentin köməkçisi əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31