Aİ Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək
18 Mart 2024 12:10 SiyasətAvropa İttifaqı (Aİ) Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək.
Olaylar xəbər verir ki, bu barədə "TASS" agentliyi Aİ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, müzakirələr martın 18-də keçiriləcək iclas çərçivəsində aparılacaq.
"Avropa İttifaqının 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi də daxil olacaq", - deyə Aİ-dən vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31