Bakı Qlobal Forumu aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir- ÖZƏL

"Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından seçilən mühüm platforma olduğu bir daha təsdiqlənir". Olaylar" xəbər verir ki, bunu deyən  YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın sözlərinə görə, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan yaradır: "Bu gün dünya sürətlə dəyişir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı vardır".
Deputat qeyd edib ki, XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib: "Qonaqların sırasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları yer alması Forumun Qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda bu Forumun nəhəng intellektual potensialından xəbər verir. Çünki hər il regionda və qlobal miqyasda dəyişikliklər bəzən də lokal xarakterli məsələlər kimi görünür. Bunun böyük fəsadları mövcuddur. Ötən bir il ərzində Azərbaycanın həyatında çox böyük dəyişikliklərin baş verməsi bunun əyani təzahürüdür. Bir il ərzində baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası idi. Ölkəmiz uzun on illər keçmiş münaqişənin sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra ediləcəyinə sona kimi ümidlə yanaşıb. Amma Azərbaycan ərazilərinin bərpası ilə bağlı beynəlxalq təşkilatların çıxarmış olduğu bütün qərarlar icrasız qalıb. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti də nəticəsiz bitdi. Minsk qrupunun məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistanın işğalını əbədi etmək olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31