Qlobal Bakı Forumu Azərbaycanın dünyada mövqeyini möhkəmlədib- ÖZƏL

"Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb: "Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib.XI Bakı Qlobal Forumu Azərbaycanın Qarabağın tamamında suverenliyini bərpa etdikdən və separatizmə son qoyduqdan sonra Bakıda keçirilən ilk Forumdur.
Bu baxımdan, sülh mətninin razılaşdırılması üçün əlverişli müstəvinin formalaşdığını demək olar. Sülh müqaviləsinin reallaşması isə Ermənistan bu imkanları dəyərləndirməsindən çox asılıdır. Prezident İlham Əliyevin çıxışı Ermənistana real siyasi şansdan istifadə etmək çağırışı kimi də qiymətləndirilə bilər. Ermənistan hakimiyyəti təbii ki, Azərbaycanla sülhə alternativ variantın olmadığını anlayır. Artıq Ermənistanın işğal altındakı kəndləri Azərbaycana qaytarmaq barədə rəsmi Bakının tələbini qəbul etməsi sülh sazişinin imzalanması yönündə mövqeləri daha bir addım yaxınlaşdırır. Sadəcə olaraq, şəraitə uyğun qərar qəbul etmək üçün Ermənistan hakimiyyətinin siyasi iradəsi lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31