NATO baş katibinin bəyanatından ilk dərs çıxarmalı olan ölkə Fransadır- ÖZƏL

"Prezident İlham Əliyev və ölkəmizə səfərdə olan  NATO-nun Baş katibi Yens Stoltenberqin mətbuata birgə bəyanatlarında diqqət çəkən ən mühüm məqamlardan biri dövlətimizin başçısının Gürcüstan baş naziri ilə görüşdə bildirdiyi kimi bizim chr("39")heç vaxt olmadığı qədər" sülhə yaxınlaşdığımız haqda dediyi sözlər idi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Və cənab İlham Əliyevin  heç vaxt olmadığı qədər sülhə yaxınlaşmamızda Azərbaycanın 2020-2023-cü illərdə  atdığı hərbi-sitasi addımların mühüm rol oynadğını vurğulayaraq bunu "uzunsürən münaqişələrin necə həllini tapa biləcəyinin əsl örnəyi" kimi təqdim etməsində isə məncə, artıq hər kəsin razılaşdığı bir reallıq sərgilənirdi. Reallıq isə bundan ibarətdir ki, Birləşmiş Ştatlarının Kəşfiyyat Birliyinin son hesabatından da göründüyü kimi  qərbdəkilər də konfliktin bitməsi ilə razılaşıblar. Və konflikti bitirən də, sülh təşəbbüsü ilə çıxış edən də məhz Azərbaycandır. Özü öz təhlükəsizliyini təmin edib indi də Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan.
 Azərbaycan liderinin ölkəmizin torpaq bütünlüyünü və üzərində suverenliyimizi hərbi-siyasi yolla təminini uzun sürən  münaqişələrin həlli üçün örnək olaraq təqdim etməsinin əleyhinə bir kəlmə belə deməyən,  quruma üzv dövlətlərin enerji  təhlükəsizliyində oynayacağımız rolu dəyərləndirmək  məqsədilə ölkəmizə təşrif gətirdiyini bildirən NATO baş katibinin bəyanatından məncə, ilk dərs çıxarmalı ölkə Fransadır.
Bizə qarşı sanksiya xülyası quran rəsmi Paris baxıb görsün cənab Stoltenberq nə deyir. O deyir ki, "Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayır və ölkəmizin  qazla yanaşı gələcəkdə elektrik enerjisinin də Avropaya ötürülməsində "daha mühüm rol oynadığını görməkdən məmnun"dur. Bu isə o deməkdir ki, makronkimilər ha atlanıb düşsələr də, bəli, "game over" və Azərbaycanın zəfərini həzm etməkdən başqa yol yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31