ABŞ Ukrayna cəbhəsini Avropanın ixtiyarına buraxıb- ÖZƏL
18 Mart 2024 10:23 Siyasət"Fransanın Ukraynaya ordu göndərməsinə ABŞ-dan yaşıl işıq yandırıldı. ABŞ rəsmisi NATO ölkələrinin Ukraynaya ordu göndərməsini onların daxili işidir və Vaşinqton qarışmır -kimi qeyd etdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Rusiyanin Ukraynada hücumları intensivləşib və Qərb bu hücumun qarşısını almaq məcburiyyətindədir. Moskvanın Kiyev üzərində qələbə əldə etməsi, Avropa ölkələrinin təhlükəsizliyini təhdid edəcək. Həmçinin Rusiya qonşularına qarşı aqressiv siyasət aparacaq. Almaniyanın silahlı qüvvələri güclü deyil. Baxmayaraq müasir ki, hərbi silahlara malikdir. Fransanın isə, güclü və müasir silahlara malik ordusu var.
Ukraynada Rusiyanın hərbi təcavüzünü bir dövlət durdurmaldır. Bununla Fransa öz geosiyasi mövqelərini gücləndirəcək. ABŞ Ukrayna cəbhəsini Avropanın ixtiyarına buraxıb. Ona görə də Fransanın bu siyasəti zərurətdən irəli gəlir. Lvovnan Strasburqun arası 1200 km.-dir. Ukrayna şəxsi heyət və texnika baxımından ağır itkilərlə üzləşib. Avropa dövlətləri öz təhlükəsizliklərini qorumaq üçün Ukraynaya qoşun göndərməsi legitim hüquqlarıdir".