Jalə Əhmədova “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” adlı beynəlxalq sərgiyə qatılıb

Bakıda "Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti" adlı beynəlxalq sərginin açılış olub. Açılış mərasimində millət vəkili Jalə Əhmədova da iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Milli Xalça Muzeyi  və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan "Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti" adlı beynəlxalq sərginin açılış mərasimində iştirak etdim. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı xanım Raimkulovanın dəvəti ilə qatıldığım tədbir 14-15 mart 2024-cü il tarixlərində Bakı şəhərində "Türk Dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması - UNESCO nöqteyi nəzərindən" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunub.
Tədbirdə Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər  və təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, millət vəkilləri, ictimai-siyasi və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edirdi. Çıxışlardan sonra Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifalarında Türk xalqlarının milli rəqslərini izlədik.  Həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın milli geyimlərinin - xüsusilə baş geyimlərinin, zərgərlik və xalça sənətinin nümayiş olunduğu sərgi ilə tanış olduq. Dəvətinə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı xanım Raimkulovaya dərin təşəkkürlərimi bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31