Azərbaycan türk dünyasının birliyi istiqamətində mühüm addımlar atır- ÖZƏL
14 Mart 2024 12:20 Siyasət"Azərbaycan daim türk dünyasının birliyinin önəmini qeyd edərək bu istiqamətdə mühüm addımlar atır". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Nurlan Həsənov bildirib ki, ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir: "Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Qazaxıstan Prezidentinin də vurğuladığı kimi, həqiqətən son vaxtlar yüksək səviyyədə təmaslar artıb və bu, çox müsbət məqamdır. Cari il də istisna olmayacaq. Yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycan Prezidentini azı iki dəfə Qazaxıstanda gözlədiklərini bildirən Kasım-Jomart Tokayev özünün də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər edəcəyini böyük məmnunluq hissi ilə qeyd etdi".