Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir- ÖZƏL

"Azərbaycanla Qazaxıstan strateji tərəfdar olan ölkələrdir. Beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir". "Olaylar" xəbər verir ki, bunu deyən millt vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir:
"Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın "Kazinform" Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Bu gün Aəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31