Fransa islamofobiyanın əsirinə çevrilib

"Fransa Futbol Federasiyasının Liqa 1-də oynayan oruc tutmuş futbolçularla bağlı verdiyi qərarı qətiyyətlə pisləyir və bu addımı qınayıram". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Jalə Əhmədova Fransa Futbol Federasiyasının bu günlərdə qəbul etdiyi qərarı şərh edərkən deyib:
"Federasiyanın oruc tutan futbolçular üçün oyun ərzində vaxt ayırmayacağı tamamilə qəbuledilməzdir. Deməli "demokratiya" deyib bar-bar bağıran bu dövlətin demokratiyadan xəbəri yoxdur. Bu həm Fransa dövlətinin islamofobiyanın əsirinə çevrildiyinin göstəricisi, həm də insan hüquqlarının və azadlıqlarının pozulması deməkdir".
Qeyd edək ki,  bu ölkədə futbol qarşılaşması zamanı oruc tutan futbolçulara iftar açmaları üçün Fransa Futbol Federasiyanın zaman tanımaması beynəlxalq aləmdə ciddi rezonans doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31