Zaxarova: Ermənistan Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması barədə məlumat verməyib- ÖZƏL
13 Mart 2024 19:08 SiyasətRusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Ermənistan Rusiya sərhədçilərini Zvartnotsdan çıxarmaq niyyəti barədə Rusiya Federasiyasına məlumat verməyib.
"Biz, Ermənistan rəhbərliyinin bu barədə şərhlərini gördük. Diplomatik kanallar vasitəsilə heç bir şey ala bilmədik",- deyə diplomat brifinq zamanı qeyd edib.
Zaxarovanın qeyd edir ki, Rusiya bütün qərarların idarələrarası işin nəticələri əsasında veriləcəyini gözləyir. Rusiya XİN nümayəndəsinin sözlərinə görə, sərhədçilərin aeroportdan çıxarılması qərarı Ermənistanın təhlükəsizliyinə kömək etməyəcək. O, həmçinin qeyd edib ki, Rusiya sərhədçilərinin işinə xitam verilməsi barədə bəyanat Yerevanın "dost olmayan addımları" fonunda verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31