Həmin qüvvələr Vətən müharibəsindən nəticə çıxarmalıdır-Sahil Kərimli- ÖZƏL
13 Mart 2024 18:28 Siyasət"Ermənistanda baş verən proseslər istər Ermənistanın siyasi rəhbərliyini, istər Ermənistan cəmiyyətinin müxtəlif təbəqələrinin, separatçı meyilli qruplaşmaların fəaliyyəti hazırda sülh prosesinə çox ciddi zərbələr vurur".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Məlum olduğu kimi, Ermənistanın siyasi rəhbərliyi hazırda Qərb və Avropa İttifaqına birbaşa olaraq üz tutub. Həmin beynəlxalq proseslərdə ciddi dəstək almaq niyyətindədilər. Təəssüf hissi ilə vurğulayırıq ki, Avropa İttifaqından və Qərbdən olan dairələr Ermənistanın bu istəklərinə çox böyük istəklə, canfəşanlıqla qarşılıq verirlər və Ermənistandan bir vasitə kimi istifadə edərək, Ermənistanı Cənubi Qafqazda yeni qarşıdurmaya təhrik edirlər. Paralel olaraq Ermənistan cəmiyyətində bu radikal qüvvələr, həmin separatçı qüvvələr beynəlxalq dairələrə arxalanmaq istəyirlər. Müəyyən təmaslar qurmaq istəyirlər və bununla da Azərbaycana qarşı yeni işğalçılıq ideyaları həyata keçirmək istəyirlər və eyni zamanda həmin separatçılar yenidən baş qaldırmağa cəhd göstərirlər. Azərbaycanın suverən ərazilərinə müəyyən iddialarla çıxış edirlər. Bununla da prosesi daha da qəlizləşdirirlər, çox çətin məcraya gətirirlər. Həmin qüvvələr anlamalıdırlar, 44 günlük Vətən müharibəsindən və 1 günlük antiterror əməliyyatlarından nəticə çıxarmalıdırlar. Əks halda cavabı daha öldürcü ola bilər və Azərbaycan istənilən halda bütün hərbi və ya siyasi təxribatların qarşısını qətiyyətlə almaq iqtidarındadır və buna hazırdır".