Azərbaycanda son bir neçə il ərzində mühüm hadisələr baş verib - Vayra Vike-Freyberqa

Azərbaycanda son bir neçə il ərzində mühüm hadisələr baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa XI Qlobal Bakı Forumunun təşkilatçıları və iştirakçılarının mətbuat kofransında deyib.

"Burada, Azərbaycanda son bir neçə il ərzində mühüm hadisələr baş verib. Bunlar sülhün inkişaf etməsi, daha doğrusu, dondurulmuş münaqişələrin həlli və danışıqlar prosesində olan sülh sazişinin əldə olunması məhz bizim istədiyimiz istiqamətdə baş verib", - o deyib.

Freyberqa dünyanın bir çox yerində hazırda müxtəlif növ qarşıdurmaların baş verdiyini qeyd edib.

"Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvləri olaraq bu gün burada iştirak etmək üçün müxtəlif qitələrdən, müxtəlif ölkələrdən gəlmişik", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31