Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böhran vəziyyətlərinin həllində mühüm rol oynamaq niyyətindədir - Əmr Musa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böhran vəziyyətlərinin həllində mühüm rol oynamaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının sabiq baş katibi, Misirin keçmiş xarici işlər naziri Əmr Musa XI Qlobal Bakı Forumunun təşkilatçıları və iştirakçılarının mətbuat kofransında deyib.

"Bu çox problemli vaxtda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) böhran vəziyyətlərinin həllində mühüm rol oynamaq niyyətindədir", - o deyib.

Əmr Musa qeyd edib ki, forum çərçivəsindəki ilk panel müzakirəsində parçalanmış dünyanı birləşdirməyin yolları müzakirə olunacaq.

Onun sözlərinə görə, pandemiya, iqlim dəyişikliyi, eləcə də, digər problemlər beynəlxalq sülh və təhlükəsizlik üçün yeni təhdidlər yaradır.

"Biz hamımız dünyanı daha yaxşı edəcək ədalətə inanırıq və bunu təşviq etməkdə tam qərarlıyıq", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31