Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən- ÖZƏL

Nəqliyyatı Əlaqələndirmə Şurası "28 May" metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Qərarın icrası məqsədilə bu gündən əraziyə daxil olan sürücülər 80 manat məbləğində cərimə edilir. "Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev qeyd edib ki,  fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma:
"Mən də qərarı bəyənirəm. Amma qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər. Qərar dünən verilib. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən. Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Həmən cərimə yazmaq heç düzgün yanaşma deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31