Azərbaycana qarşı ikli standartlar hələ də davam edir- ÖZƏL
12 Mart 2024 11:10 Siyasət"Ölkə xaricində anti-Azərbaycan qüvvələrinin yaradılması istəyi ölkəmizə qarşı məqsədli surətdə düşünülmüş düşmən siyasətinin tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Yeni beşinci kolonun yaradılması istiqamətində aparılan iş də bu qəbildəndir. Azərbaycana qarşı ikli standartlar hələ də davam edir, ölkəmizə qarşı heç bir əsası olmayan iddialar səsləndirilir. Dövlətimizin başçısı ona görə də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməsini vacib sayıb və deyib ki, o təşkilatlarda ki, ölkəmizə qarşı qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31