Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir- ÖZƏL
12 Mart 2024 10:22 Siyasət"Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclər olduğunu nəzərə alaraq onların milli və vətənpərvərlik ruhunda tərbiyə alması, asudə vaxtlarının səmərəli təşkili və onların fəal işlərə cəlb edilməsi istiqamətində qanunvericilikdə yeni addımlar atılır. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir və radikalizmə qarşı mübarizə daha geniş aparılır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak edirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir: "Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirməkdir".